image-101backend

Sabahın havası: yağış, qar…

image-reklam_sirab_01

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki