image-reklam-veteninfo
image-img_0760backend

Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb-İDDİA

image-reklam-veteninfo

“ASAN Xidmət”in tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC 1 saylı “ASAN Kommunal” mərkəzinin yerləşdiyi binanın icarəsi üçün Sevinc İbadova ilə ardıcıl ikinci dəfə müqavilə bağlayıb.

 

Vətəninfo.az xəbər verir ki, yayılan məlumatda iddia edilir ki, Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən 2660 kvadratmetrlik qeyri-yaşayış sahəsinin illik icarə haqqı 660 min manat təşkil edir. Satınalma açıq tenderlə deyil, “bir mənbədən” metodu ilə həyata keçirilib.

Məlumata iddia edilir ki,, eyni şəxslə 2025-ci ildə də 660 min manatlıq, yenə “bir mənbədən” icarə müqaviləsi imzalanıb. Beləliklə, iki il ərzində bu müqavilələrin ümumi dəyəri 1 milyon 320 min manata çatıb.
Yayılan məlumatda iddia edilir ki,, Sevinc İbadova hazırda ADA Universitetinin tikintiyə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışan, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Şahmar İbadovun həyat yoldaşıdır.

Şahmar İbadov uzun illər Nərimanov Rayon İcra Hakimiyyətində rəhbər vəzifələrdə işləyib və 2020-ci ildə başçının müavini vəzifəsindən azad olunub. Mətbuatda onun həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qudası olduğu da qeyd edilir.
Qeyd edək ki, Şahmar İbadovun və ailəsinin adı əvvəllər də müxtəlif səs-küylü araşdırmalarda və hadisələrdə hallanıb.
 Şahmar İbadovun adı daha əvvəl Nərimanov rayonunda gözdən əlillər üçün tikilmiş binadan mənzil verilməsi ilə bağlı ortaya çıxan 6.5 milyon manatlıq cinayət işində keçib. Həmin iş üzrə 177 nəfər zərərçəkmiş qismində tanınıb. İbadov cinayət işində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmasa da, məhkəmədə şahid qismində dindirilib. Proses zamanı keçmiş şöbə müdiri Yomətdin Şıxəliyev onu qanunsuz mənzil növbəsi ilə bağlı təzyiq göstərməkdə ittiham etsə də, Şahmar İbadov bu iddiaları rədd edib.
 İbadovlar ailəsinin adı 2017-ci ildə ölümlə nəticələnən ağır yol qəzasından sonra da gündəmə gəlmişdi. Şahmar İbadovun oğlu Elmar İbadovun idarə etdiyi avtomobilin vurduğu piyada Ayna Həsənova aldığı xəsarətlərdən sonradan vəfat etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il azadlıqdan məhrum edilsə də, sonradan Sumqayıt Apellyasiya Məhkəməsi həmin hökmü ləğv edərək ona bəraət verib.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki