image-img-20220621-wa0034backend

Sarsılmaz ordu və onun xalqı

image-reklam_sirab_01

Sarsılmaz ordu və onun xalqı
1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı.
Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi.
Qısa müddət ərzində Azərbaycanın milli hərbi qüvvələrinin formalaşdırılması üçün Hərbi Nazirlik və respublika hökuməti son dərəcə mürəkkəb problemlərin həlli ilə üzləşməli oldu. Siyasi, iqtisadi, hərbi xarakterli bu problemlərdən biri də Birinci Dünya müharibəsinin nəticələrinə görə bölgədə və respublika daxilində yaranan hərbi-siyasi şərait, o cümlədən müttəfiq dövlətlərin adından ingilis hərbi qüvvələrinin Azərbaycana yeridilməsi idi.
Bu çətinliklərin olmasına baxmayaraq milli ordunun təşkilatlandırılması üçün ciddi addımların atılmasına başlandı. Azərbaycan hökuməti ordu quruculuğuna rəhbərlik edəcək strukturları yaratmaqla bərabər, bu strukturların öz fəaliyyətində rəhbər tutmalı olduğu siyasəti də işləyib hazırladı. Milli ordu quruculuğu üçün düzgün seçilmiş belə siyasi-strateji xətt ölkənin güclü ordusunun formalaşdırılması üçün real zəmin yaratdı. Qarşıda duran məsuliyyətli vəzifələrin isə qısa zaman ərzində və uğurla yerinə yetirilməsi üçün ordu quruculuğu məsələləri yeni cəmiyyət quruculuğunun bütün sahələri ilə sıx və səmərəli şəkildə tənzimləndi, ölkənin möv- cud imkanları ordu quruculuğunun uğurlu aparılmasına səfərbər edildi. Güclü ordunun formalaşdırılması üçün vacib olan müxtəlif hərbi strukturların yaradılması, qoşunların ərzaq və digər vasitələrlə təmin olunması, həmçinin hərbi qulluqçuların maaşlarının vaxtaşırı artırılması həm hökumətin, həm də Hərbi Nazirliyin daimi nəzarətində idi. Bu sahədə Hərbi Nazirliklə Nazirlər Şurası arasında sıx əlaqə yaradılmışdı. Hərbi nazir 1919-cu ilin aprelində ordunun formalaşdırılması üçün büdcədən ayrılacaq vəsaitin miqdarı barədə hökumətə öz təklifini verdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır.
Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi üçün dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər. Heydər Əliyev əməli fəaliyyəti ilə bir daha sübut etdi ki, hərbi quruculuq kimi ümumxalq əhəmiyyətli bir məsələnin həlli də, ilk növbədə, ümumxalq yekdilliyindən və ümumxalq həmrəyliyindən asılıdır. Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.

Bakı Musiqi Akademiyası
Özləm Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki