image-elabbas-salahzade-veteninfobackend

«Şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalar bu sahənin inkişafına təkan verəcək»-MİLLƏT VƏKİLİ

image-reklam_sirab_01

«Təəssüflər olsun ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar müşahidə olunur, nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilir.
Belə olan halda, şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zərurəti yaranır». Bu fikirləri Vətəninfo.az paytaxt Bakıda şəhərsalma qaydaları ilə bağlı yaranan problemlərə aydınlıq gətirən zaman millət vəkili Əliabbas Salahzadə bildiirb. Millət vəkili qeyd edib ki,, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərman imzalanıb: « Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon m2 olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının (çoxmənzilli yaşayış kompleksinin) dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilib, həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilib. Növbəti addım olaraq, qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanıb». Əliabbas Salahzadə vurğulayıb ki,n övbəti addım olaraq, qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanıbdır: «Müəyyən olunmuş qaydaya əsasən qeyri-yaşayış binalarının istısma verilməsi üçün əsas tələblər bunlardır:
yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlı,yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olması,yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı,  torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququnun təsbit edilməsi, eyni zamanda da   qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşməsi. bütün bu sadaladığım qaydalara əməl edildiyi zaman, paytaxt Bakıda şəhərsalma qaydaları demək olar ki, qanunauyğun formada icra ediləcək. Açığı deyim ki, əvvəllər şəhərsalma qaydaları qanunda boşluqlar olduğundan demək olar ki, özbaşına,pərakəndə formada həyata keçirilib. Müxtəlif iş adamları necə gəldi o şəkildə binaları inşaa ediblər». Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən somnra, özəl sektorun ən çox inkişaf edən qanadı tikinti sektoru olub ki, burda da ciddi təhlükəsizlik qaydalarına əməl olunmayıb: «Təkcə tikinti qaydalarına deyil,eyni zamanda bir mənzilin bir neçə adama satılması halları belə baş verirdi. Artıq bu gün belə halların qarşısı alınıb. Həm qanunverici baza formalaşdırılıb,eyni zamanda mənzil-tikinti şirkətlərinin qeydiyyatı aparılıb».

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image