image-sehidler-xiyabanibackend

“Şəhidlər Xiyabanı”nda açılmış məzarlarla bağlı məlumat

image-reklam_sirab_01

Bu gün sosial şəbəkədə Bakı şəhərindəki “Şəhidlər Xiyabanı”nda bəzi məzarların sınmış olduğu və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən məsələ ilə bağlı verilən məlumata görə Respublika Hərbi Prokurorluğunun təqdimatı və  Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında  birinci “Şəhidlər Xiyabanı” dəfn ediliş 23 və ikinci Xiyabanda isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya)  aparılıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyidlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.

Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcəkdir.

Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir.

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki