image-reklam-veteninfo
image-1backend

SENSASİON İDDİA: Epşteynin Ehud Barak üçün Nyu-Yorkda mənzil TUTUB

image-reklam-veteninfo

Məhkum edilmiş pedofil və cinsi istismarçı Ceffri Epşteynin İsrailin keçmiş baş naziri Ehud Barak üçün Nyu-York şəhərində mənzil kirayələdiyi və Barakın həmin mənzildə uzun müddət qaldığı ilə bağlı yeni iddialar gündəmə gəlib.

Vətəninfo.az xəbər verir ki, İsrail mətbuatının yenidən diqqətə çatdırdığı məlumatlara görə, Epşteynə aid sənədlərdə sözügedən mənzil “Ehudun mənzili” kimi qeyd olunub və bu ifadəyə ümumilikdə 124 dəfə rast gəlinib. Bu fakt Epşteyn ilə Ehud Barak arasındakı münasibətlərin əvvəl düşünüldüyündən daha sıx ola biləcəyinə dair iddiaları gücləndirib.

Məlumatlara əsasən, Epşteyn və onun komandası 2015–2019-cu illər arasında Ehud Barakın Nyu-Yorkda qalması üçün xüsusi mənzil təşkil edib. Yazışmalarda Barakın bu mənzildə yüzlərlə dəfə qaldığı və tez-tez ziyarət etdiyi qeyd olunur.

Xəbərlərdə həmçinin bildirilib ki, Ehud Barakın həyat yoldaşı Nili Barak mənzillə bağlı konkret tələblər irəli sürüb. Alış-veriş qeydlərində yüksək sürətli internet kimi ehtiyacların xüsusi olaraq istənildiyi göstərilir.

Diqqətçəkən məqamlardan biri də Ehud Barakın Epşteynin ilkin həbsi baş verdikdən sonra da müəyyən müddət həmin mənzildə qalmağa davam etməsi ilə bağlı məlumatlardır.

Epşteynin beynəlxalq əlaqələri və təsir dairəsi ilə bağlı iddialar, xüsusilə İsrail və Mossadla mümkün əlaqələr kontekstində, hələ də mediada və ictimaiyyətdə müzakirə mövzusu olaraq qalır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki