image-reklam-veteninfo
image-1backend

SEPAH: Zahidanda “terror qruplaşmasının” 6 üzvü öldürülüb

image-reklam-veteninfo

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının “Qüds” Qərargahı Sistan və Bəluçistan əyalətinin Zahidan şəhəri ətrafında keçirilən əməliyyat zamanı 6 nəfərin öldürüldüyünü açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, “Tasnim” xəbər agentliyinin yaydığı məlumata görə, SEPAH-ın bəyanatında öldürülən şəxslər “təkfirçi terror qruplaşmasının üzvləri” kimi təqdim edilib.

Bəyanata əsasən, silahlı qrupun fəaliyyəti yerli sakinlərdən daxil olan məlumatlar və aparılan kəşfiyyat tədbirləri nəticəsində müəyyənləşdirilib. Daha sonra qrupun yerləşdiyi əraziyə əməliyyat keçirilib.

SEPAH əməliyyat zamanı 6 nəfərin öldürüldüyünü, həmçinin bir sıra partlayıcı qurğuların aşkar edilərək götürüldüyünü bildirib.

Qurumun məlumatına görə, ərazinin “təmizlənməsi” məqsədilə əməliyyat davam etdirilir.

SEPAH-ın açıqlamasında öldürülən şəxslərin kimliyi və onların hansı konkret qruplaşmaya bağlı olduğu barədə əlavə məlumat verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki