Vətəninfo.az xəbər verir ki, hazırda Azərbaycanın Rus sülhməramlı qüvvələrinin nəzarəti altında olan Xankəndi şəhərindəki separatçılar 2 sentyabrda qondarma qurumlarının 31-ci il yubleyini keçirməyə hazırlaşırlar.
Məlumata görə, Xankəndindəki separatçıların qondarma parlamentlərinin sədri kimi özünü təqdim edən Artur Tovmasyan adlı separatçı qondarma qurumlarının yubleyi münasibəti ilə Ermənistanın iqtidar və müxalifət partiyalarına indidən dəvət göndərib.
Erməni mediasının yazdığına görə, artıq Tovmasyanın dəvət çağrışına erməni müxalifəti,xüsusən də son zamanlar revanşist abu-havasına girən qüvvələr müsbət cavab veriblər.
Amma separatçı Tovmasyanın çağrışına Ermənisatanın hakim siyasi qüvvələrindən cavab verilməyib.
Maraqlısı budur ki, Erməni mediası iddia edir ki, əgər Ermənistanın müxalif qüvvələri Xankəndinə, Rus sülhməramlı qüvvələrin nəzarəti altındakı Azərbaycan ərazilərinə qeyd olunan şəkildə ayaq basacaqları halda, rəsmi Bakının cavabı sərt ola bilər.
Ermənişünas eksper Telman Qasımov separatçıların belə bir təşəbbüsə qalxmaları ilə bağlı müxbirimizə bildirib ki, Azərbaycanın “Laçın dəhlizi”n bağlayacağı,yeni yolun istifadəyə verəcəyi yaxın zamanda baş verəcək və Ermənistan vətəndaşları istənilən halda Azərbaycanın yaratmış olacağı məntəqələrdən keçməli olacaqlar: “Bilindiyi kimi həmin yolda tamamlama işləri başa çatmaq üzrədir. Ona görə də yol işə düşdükdən sonra,istənilən halda Ermənistandan Xankəndinə gələn hər bir şəxs yoxlanılacaq,onların hansı məqsədlə Xankəndinə gəlmək istəmələri aydınlaşacaq.Belə olduqda da Ermənistan müxalifətinin nümayəndələrinin Xankəndinə gəlmələri mümkün olmayacaq”. Telman Qasımov eyni zamanda vurğulayıb ki, hazırda Xankəndində olan separatçıların özlərinin arasında qarşıdurma davamlı olaraq böyüməkdədir: “Bilindiyi kimi separatçıların lideri Araik Arutunyanın devirmək istəyən qüvvələr var və o bir neçə dəfə Xankəndində olan ermənilərə müraciət edib onları mitinqə belə çağırmışdı.Ona görə də Sentyabıra qədər çox ciddi proseslər baş verəcəyindən separatçıların hansısa bir tədbirlər keçirmə imkanları mən hesab edirəm ki, çətin olacaq”.
Vətəninfo.az