image-serdar-klicbackend

Serdar Kılıç Türkiyə-Ermənistan sərhəddinə gəldi-FOTO

image-reklam_sirab_01

Ankaranın Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bazar günü Ermənistanla sərhəddə olub.

Vətəninfo.az Qarsda nəşr olunan “Gazete Kars” qəzetinə isitnadən xəbər verir ki, Kılıç əvvəlcə Qarsa gəlib və burada hərbi tarix muzeyini ziyarət edib. Bundan sonra diplomat Türkiyə-Ermənistan sərhədinə gedib, Ani xarabalıqlarını və Ermənistanla sərhəddə yerləşən Doğukap keçid məntəqəsini ziyarət edib.

Səfər zamanı Serdar Kılıç sərhəd kəndlərinin sakinləri ilə də görüşüb.

Qeyd edək ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin iyulun 1-də Vyanada keçirilən sonuncu görüşü nəticəsində üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması, eləcə də iki ölkə arasında birbaşa hava yük daşımalarına başlanması qərara alınıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki