image-reklam-veteninfo
image-1backend

Sergey Şoyqu: Ukrayna güclü silahlar hazırlayır

image-reklam-veteninfo

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin hərbi potensialı ilə bağlı açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, o bildirib ki, Ukrayna ordusunun, xüsusilə pilotsuz sistemlər sahəsində silahlanma və inkişaf tempi Rusiya üçün ciddi təhlükə yaradır:
“Rusiyanın heç bir bölgəsi özünü təhlükəsiz hiss edə bilməz”.

Şoyqu bu fikirləri Ural Federal Dairəsində keçirilən kənar iclas zamanı səsləndirib. Onun sözlərinə görə, Ukrayna qüvvələri əsasən hərbi obyektləri, eləcə də nəqliyyat və yanacaq-enerji infrastrukturunu hədəf alır.

Rusiya Təhlükəsizlik Şurasının katibi çıxışı zamanı əlavə edib ki, ölkə müxtəlif istiqamətlərdən gələn təhdidlərə qarşı mübarizə aparır. O iddia edib ki, Rusiya hazırda 56 ölkənin təxribat cəhdlərinə müqavimət göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki