image-photo-2021-11-29-17-01-37-3backend

Sərhəd delimitasiyası.

image-reklam_sirab_01

Nəqliyyat dəhlizlərinin açılmasına dair üzərinə düşmən öhdəlikləri Azərbaycan keçən ilin noyabrın 14-də yerinə yetirdiyi üçün bu məsələ tamamilə Ermənistan tərəfindən icra edilməlidir. Bəyanatda qeyd olunan məsələlərin həlli, xüsusilə də dövlət sərhədinin delimitasiyası sülh sazişinin imzalanması üçün hazırlıq kimi dəyərləndirilməlidir. Münaqişə tərəfləri bir-birinin sərhədlərini tanımadan sulh sazişi mümkün deyil. Məsələn, Yaponiya ilə Rusiya 2-ci Dünya Müharibəsinin başa çatmasından 77 il keçməsinə baxmayaraq, sərhəd məsələsində ortaq məxrəci tapa bilməyiblər və təbii ki, aralarında sülh müqaviləsi də hələ bağlanmayıb. Adətən 10-20 maddədən ibarət olan sülh müqaviləsinin tərkibində və ya ona əlavə olaraq sərhədlərin qarşılıqlı tanınmasına dair ayrıca bir Akt tərtib olunur. Delimitasiya zamanı qarşılıqlı razılaşma ilə əldə olunan imzalı sərhəd xəttinin xəritəsi akta əlavə edilir.

Delimitasiya zamanı razılığa gələn tərəflər bir qayda olaraq, irimiqyaslı xəritə üzərində, ərazidə iş aparılmadan sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar. Xəritələrə sxemlər də əlavə edilə bilər. Dövlət sərhədi xəttinin müəyyən olunması üçün genişmiqyaslı xəritələr üzərində bütün obyekt və yaşayış məntəqələrinin yerləşdiyi koordinatların dəqiq göstərilməsi vacibdir. Dövlət sərhədinin delimitasiyası özündə quru, su hava və yeraltı qaynaqların keçdiyi ərazilərin təyin olunmasını ehtiva edir. Quru sərhədlərinin təyin edilməsi üzərində iş yeni başlayır. Su sərhədlərinin təyin edilməsi çox az zaman tələb edəcək. Hava sərhədləri isə quru və ya dəniz sərhədlərinin tam üstündən keçən şərti xətt ilə müəyyən olunduğu üçün buna da zaman itirilməyəcək. Yeraltı təbii sərvətlərin sərhədləri isə fərqli sahədir, amma bunun da uzun zaman tələb edəcəyini düşünmürəm. Delimitasiya prosesi zamanı Qazax və Naxçıvanın hələ də ermənilərdə qalan 8 kəndinin taleyinə aydınlıq gətiriləcək. Azərbaycanın sərhədlərinə bitişik kəndlərin qaytarılacağı şübhəsizdir, Ermənistan ərazisində anklavda olanların əvəzində isə Ermənistan ərazilərinin Azərbaycana verilməklə mübadilə ediləcəyi ehtimal olunur. Delimitasiya prosesi iki ölkə arasındakı bütün dövlət sərhəd xəttinin xəritə üzərində razılaşdırılması ilə başa çatacaq. Delimitasiya prosesi zamanı hazırlanan və tərəflərin imzaları ilə təsdiq edilən sənədlər sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi hesab olunan demarkasiya üçün baza rolunu oynayır. Başqa sözlə desək, xəritə üzərində əldə olunan razılaşma sərhədlərin işarələnməsi və çəkilməsi üçün əsas sənəddir.

Delimitasiya və demarkasiya mürəkkəb və həcmli bir prosesdir. Gürcüstan dost ölkədir, Bakı ilə Tiflis arasında həll edilməyəcək heç bir məsələ yoxdur, amma iki ölkə arasında mövcud olan 428 km.-lik dövlət sərhədinin delimitasiyası prosesinin 1994-cü ildən başladığı və bu günə qədər davam etdiyini nəzərə almalıyıq. Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası isə 2013-cü ildə tam başa çatıb. İnanıram ki, Ermənistanla analoji proses daha sürətlə gedəcək. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üçün nəzərdə tutulan ikitərəfli komissiya yaradılandan sonra ekspertlər qrupu da təşkil ediləcək.

Azərbaycan Dövlət Pedaqoji UniverasitetiNiftiyeva Günel

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki