image-sedi-1backend

Səttar Möhbalıyev şəhid ailəsinə baş çəkib

image-reklam_sirab_01

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Bakının Xətai rayonunda yaşayan İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Sədi Musayevin ailəsini ziyarət edib.

 

S.Möhbalıyev şəhid ailəsinin üzləri ilə söhbətləşib, qayğıları ilə maraqlanıb. AHİK sədri onlara Zəfər Günü ilə bağlı hədiyyələr təqdim edib və maddi yardım göstərib.

Görüşdə millət vəkili Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıb. Bildirib ki, onların döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq.

Şəhidin həyat yoldaşı Gülşad Musayeva göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyev başda olmaqla hər kəsə təşəkkürünü bildirb.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və II Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidmizin bir oğul və bir qız övladı yadigar qalıb.

image-sedi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki