image-2-toy-merasimibackend

Seymur Orucov Vətən müharibəsi şəhidimiz Turan Məmmədovun qardaşının toyunda iştirak edib

image-reklam_sirab_01

Ağstafanın Göycəli kəndindən olan Vətən müharibəsi şəhidimiz Turan Məmmədlinin qardaşı ailə həyatı qurub.

Bu münasibətlə keçirilən toy mərasimində Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.

İlk öncə Vətən uğrunda canını fəda edən şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Qonaqlar yeni ailə həyatı quran Gəray Məmmədli və xanımına ən xoş arzularını çatdırıb,  ölkəmizdə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.

Şəhidimizin valideynləri Raqif ata və Ulduzə ana ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına görə, o cümlədən şanlı Qələbəmiz naminə sücaət göstərən Vətən oğullarına və onların ailə üzvlərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Mərasimdə şəhidimizin ailə üzvləri ilə xatirə şəkilləri çəkdirilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image