image-sinan-oganbackend

Sinan Oğanın Türkiyədə prezident  seçkilərində namizəd olması nəyə hesablanıb?

image-reklam_sirab_01

Keçmiş MHP-li deputat Sinan Oğan da Türkiyədə prezidentliyə namizədliyini irəli sürüb. Onun namizədliyi Ümit Özdağın(qumuq və ya lakəsilli) Zəfər Partiyasının qurduğu ATA seçki bloku tərəfindən elan edilib. Sinan Oğan əslən azərbaycanlıdır, iqdırlıdır. Xaricdə yaşayan bir qrup ictimai-siaysi fəal soydaşımızla birgə o da Azərbaycan dövləti tərəfindən rəsmi mükfatlarla təltif edilib. Xocalı soyqırımının tanıtımında , Qarabağla haqlı mövqeyimizin müdafiəsində fəal olub, Azərbaycanla bağlı mövzularda həmişə həssaslıq nümayiş etdirib. MHP-dən ayrıldıqdan sonra Meral Akşenerlə eyni partiyada təmsil olunacaqları gözlənilsə də, sonradan yolları ayrıldı, daha çox rəhbəri olduğu analitik mərkəzlə bağlı gündəmə gəlirdi. Son proseslərlə bağlı açıqlamalarında M. Akşenerlə məsafəli qalmaqda maraqlı olduğu, onun “Altılı masa”ya qayıdışından sonra CHP ilə konyuktur ittifaqı qəbul etməyən, AKP və MHP-dən də müəyyən qədər uzaqlaşmış sağ elektorata iddialı olduğu sezilir. Əlbəttə ki, belə elektoratın seçkinin taleyinə təsir edə biləcək faiz göstəricilərinə malik olub -olmaması mübahisəlidir. Güman ki, seçkinin nəticələrini böyük təsir etməyəcək, amma sağ mühafizəkar səsləri parçalayacaq addımdır. Hərçənd ki, iddialı olmaq hələ müvəffəq olmaq demək deyil. Qısa arayış. Sinan Oğan 1967-ci il sentyabrın 1-də İğdırın Melekli qəsəbəsində azərbaycanlı ailəsində anadan olub. Mərmərə Universitetində bakalavr və magistr, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində doktorantura təhsili alıb. Mərmərə Universiteti Türkologiya İnstitutunda elmi işçi, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və dekan müavini vəzifələrində çalışıb. TİKA-nın Azərbaycan nümayəndəsi oldu. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) Rusiya Ukrayna Araşdırmalar bürosu rəhbəri olub. TÜRKSAM-ı qurub və sədri olub. 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasından İğdır millət vəkili seçilib. 2015-ci il avqustun 26-da MHP dən xaric edilib. 2015-ci il noyabrın 2-də məhkəmədə qalib gələrək, MHP-yə bərpa olunub. 10 mart 2017-ci ildə yenidən MHP-dən xaric edilib.

 

Cəmaləddin Quliyev

Vətəninfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image