image-photo-2021-11-29-16-54-10-1backend

Soçi görüşündə İlham Əliyevin diplomatik uğuru!

image-reklam_sirab_01

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzaladılar. “Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik. Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik. Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik. 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq. Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək”. Eyni zamanda, Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycan arasında münasibətlər bəyanat kimi qəbul olunub və hələki konkret olaraq bir sənəd imzalanmayıb. Buna baxmayaraq, Soçi görüşünü sülhə aparan yol kimi dəyərləndirmək olar. Soçi bəyanatı gözlədiyimiz kimi oldu. Çünki burada hər-hansı sülh müqaviləsi, ciddi bir sənədin imzalanması da gözlənilmirdi. Sadəcə olaraq dekabrın 15-də Avropa İttifaqının Prezidenti Şarl Mişelin sədrliyi ilə keçiriləcək görüşdən əvvəl Rusiyə önə keçib və belə bir bəyanatın razılaşması ilə nəticələnib. Ermənistan dövləti bildirmişdiki, Dağlıq Qarabağ adlı istilahın daha mövcud olmadığını bəyan etmişdi. Sənəddə Paşinyanın, müharibədən sonra, eləcə də Soçi görüşü ərəfəsində vurğuladığı məsələlərin, özünə prioritet seçdiyi mövzuların heç biri yoxdur. “Nə statusdan, nə Ermənistan-Azərbaycan sərhədində baş verən, Paşinyanın KTMT-ni köməyə çağırdığı 16 noyabr hadisələrdən bir vergül var, nə ATƏT-in Minsk Qrupunun adı, familiyası barədə bir inisial, nə də dırnaqarası “hərbi əsirlər”-dən bir dırnaq işarəsi. “Zəngəzur dəhlizi olmayacaq!” bəyanatı isə ümumiyyətlə xəcalətdir! Biz uzun illər münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini görmüşük. Bu qurum ikili standartlara söykənərək münaqişənin həllinə yox, davam etməsində daha çox maraqlı görünürdü. Bütün faktlar ortada ola-ola həm işğalçıya, həm də işğala məruz qalana eyni münasibət bəslənilirdi və bu qurum heç bir tutarlı iş görə bilmədi. “Dağlıq Qarabağ münaqişəsi artıq mövcud olmadığı üçün bu qurumun mövcudluğu, məncə, formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya bu məsələdə daha aktiv və təşəbbüskardır. Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, həmçinin status məsələsinin, ümumiyyətlə, müzakirə mövzusu olmaması Azərbaycanın bilavasitə diplomatik qələbəsidir. Bu qələbənin təmin olunmasında 16 noyabr tarixində sərhəddə erməni təxribatının qarşısının alınması və Ordumuzun öz mövqelərini daha da gücləndirməsi mühüm rol oynadı.

Fəridə Rəhimova – Azərbaycan Dövlət İqtisad Universiteti

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki