image-reklam-veteninfo
image-1backend

ŞOK! Supermarketləri ələ keçirdilər – Növbədə xəstəxanalar və evlərdir…

image-reklam-veteninfo

Avropada supermarketlərin soyutma sistemlərinə edilən kiberhücumlar gündəlik həyatın rəqəmsal təhdidlər qarşısında nə qədər müdafiəsiz olduğunu üzə çıxarıb. İranla əlaqəli hakerlərin məsuliyyət daşıdığı bildirilən hücumlar zamanı yüzlərlə marketin soyuducularında temperatur 50 dərəcəyədək qaldırılıb, yanğınlar baş verib və milyonlarla avro dəyərində ərzaq məhv edilib. Araşdırmalar göstərir ki, ağıllı televizorlardan robot tozsoranlara, su təchizatı şəbəkələrindən xəstəxanalara qədər müxtəlif sistemlər hakerlərin hədəfinə çevrilə bilər…

Oktyabrın 11-12-də Fransada təxminən 700 supermarketin soyutma sistemləri ələ keçirilib. Temperatur 50 dərəcəyədək qaldırılıb və azı 15 yanğın hadisəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, noyabrın 2-də isə Belçika, İsveç və İrlandiya da daxil olmaqla, Avropanın doqquz ölkəsində yeni hücumlar baş verib.

Fransa ilk hücuma görə İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli “Şəhid Kavə” bölməsini məsul tutub. Tehran isə bu ittihamı rədd edib. İkinci hücum dalğasının arxasında kimin dayandığı hələ müəyyənləşdirilməyib.

Fransanın təhlükəsizlik qurumlarının birgə hesabatlarında fikirlərinə yer verilən ekspertlərin sözlərinə görə, internetə qoşulan demək olar ki, bütün məişət cihazları təhlükəsizlik boşluğu olduğu halda hakerlərin hədəfinə çevrilə bilər.

Britaniyanın kibertəhlükəsizlik qurumları Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli qrupların ev modemlərini ələ keçirərək istifadəçiləri saxta saytlara yönləndirdiyini açıqlayıb.

Bir tədqiqatçı isə təxminən 7 min robot tozsoranın kamerasına, mikrofonuna və ev planlarına kənar şəxslərin çıxış əldə edə bildiyini üzə çıxarıb. Ağıllı televizorlar və qapı kilidləri də risk altındadır.

Fransanın Kibertəhlükəsizlik Agentliyi supermarketlərdə istifadə olunan soyutma texnologiyasının vaksinlərin, dərmanların və təhlükəli maddələrin saxlandığı tibb müəssisələrində də tətbiq edildiyini açıqlayıb.

ABŞ-ın Minnesota ştatında iyul ayında 30-dan çox yerli su təchizatı sistemi kiberhücumların hədəfinə çevrilib. Amerika təhlükəsizlik qurumları hücumların arxasında İranla əlaqəli qrupların dayandığından şübhələnib.

Ekspertlər bildirirlər ki, xəstəxana avadanlıqları, içməli suyun təmizlənməsi sistemləri və dərman anbarları da oxşar üsullarla sıradan çıxarıla bilər.

2026-cı ilin iyulunda İranla əlaqəli hakerlərə aid edilən hücum nəticəsində Böyük Britaniyada kiçik elektrik stansiyalarından biri dörd gün ərzində fəaliyyətini dayandırıb.

Cənubi Koreyada isə yeddi maliyyə qurumuna qarşı həyata keçirilən məlumat oğurluğu təxminən 68 min insana təsir edib.

Kiberhücumlar elektrik enerjisinin paylanmasını, qatarların siqnalizasiya sistemlərini, telekommunikasiya və ödəniş sistemlərini də iflic edə bilər. Ekspertlər internetə qoşulmuş sənaye idarəetmə sistemlərini ən ciddi risk mənbələrindən biri hesab edirlər.

Avropa Kiber Hadisələr Məlumat Bazası – EuRepoC 2022-ci ildən 2026-cı ilin noyabrınadək siyasi baxımdan əhəmiyyətli 4 932 kiberhücum qeydə alıb.

Bu hücumların təxminən üçdə ikisi 2022-ci ildən sonra baş verib. Təkcə 2024-cü ildə 795 belə hadisə sənədləşdirilib.

Hədəflərin təxminən 40 faizini dövlət qurumları təşkil edib. Bununla yanaşı, səhiyyə, maliyyə, enerji və nəqliyyat infrastrukturları da kiberhücumların əsas istiqamətləri arasında yer alıb.

Ekspertlər kibertəhlükəsizliyi gücləndirmək üçün mürəkkəb şifrələrdən istifadə etməyi, proqram təminatını daim yeniləməyi və zəruri olmayan uzaqdan giriş imkanlarını bağlamağı tövsiyə edirlər.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki