“AMADA-nın yaranmasının 5 illiyini qeyd edirik”.
Vətəninfo.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli (AMADA) 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
AMADA rəsmisinin sözlərinə görə, hesabat dövrü ərzində 6 260 dopinq-testi həyata keçirilib: “Bunlardan 5 400-ü milli test proqramında gerçəkləşib”.
Ş. Hüseynli bildirib ki, fəaliyyət müddətində 76 antidopinq qayda pozuntusu aşkarlanıb: “2016-cı ildə antidopinq qayda pozuntuları 4,5 faiz azalıb. 2021-ci ildə isə bu rəqəm 0,2 faiz olub. 2013 – 2016-cı illərdə Azərbaycan idmançıları beynəlxalq arenada 40, 2017 – 2021-ci illərdə isə 21 qayda pozuntusuna yol veriblər”.