image-62663a59a426a62663a59a426b165086677762663a59a426862663a59a4269backend

SON DƏQİQƏ: Azərbaycan və Ermənistan XİN başçıları telefon danışdı – RAZILIQ ƏLDƏ OLUNDU

image-reklam_sirab_01

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Nazirlər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.

Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.

Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki