image-jarvis_5e289bd5498e69967c724d03backend

SON DƏQİQƏ: Azərbaycanda bu televiziyaya ciddi xəbərdarlıq olundu – RƏSMİ

image-reklam_sirab_01

Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.

Bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda “MTV” televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə saat 12.00–13.00 arası yayımlanan “MTV maqazin” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 12.44-də) müsahibə alınan müğənni tərəfindən “…Ailəni dağıtdın e. Bax, o, kişidi. Yenə də gedib ikinci dəfə evlənəcək. Ay qadın yazıq, bəs sən neynəyəcəksən? Bax, uşaqla da qalacaqsan evin bir küncündə…ikinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdi səni alan?… Oturacaqsan evdə tək?… boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandı. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdu… nə xanım kimi xanımdı, ya nökər kimi nökərdi…” ifadələri səsləndirilib.

Efirdən bu cür ifadələrin səsləndirilməsinə yayımçı tərəfindən imkan yaradılması Azərbaycan Respublikasında gender bərabərliyi və bu kontekstdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətə kölgə salmaqla yanaşı, cəmiyyətdə baş verən boşanma və ailə dağılması prosesində zərərçəkən tərəf kimi yalnız qadının göstərilməsi, onun “yazıq” simasının yaradılması cinsi ayrıseçkiliyin təbliği hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Muz TV Azərbaycan” peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki