image-milli-meclis_700x390_17_700x390backend

SON DƏQİQƏ: Deputatların maaşları artırıldı – RƏSMİ

image-reklam_sirab_01

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Veteninfo.az xəbər verir ki, dəyişikliyə əsasən, Milli Məclisin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisinə cəlb ediləcək.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununda dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə Milli Məclis Sədrinin maaaşı 2475 manatdan 3550 manata qaldırılıb.

Dəyişikliyə əsasən, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qeyd edək ki, Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki