image-g7backend

SON DƏQİQƏ: G7 ölkələri qərar verdi- Rusiyanın 300 milyardlıq aktivləri Ukraynaya veriləcək

image-reklam_sirab_01

G7 ölkələrinin liderləri Ukraynanın kritik infrastrukturunun təcili yenidən qurulmasının zəruriliyini bəyan ediblər. Onlar həmçinin maliyyə mənbələri kimi sanksiyalar altında xaricdə dondurulmuş Rusiya aktivlərini hesab edirlər.

Vətəninfo.az xəbər verir ki, G7 Ukrayna hakimiyyəti tərəfindən hazırlanmış yenidənqurma planını dəstəkləməyə hazır olduqlarını vurğuladılar. G7-nin bəyanatında (.pdf) deyilir: “Biz həmçinin Ukraynanın humanitar ehtiyaclarını, onun erkən bərpasını və yenidən qurulmasını, o cümlədən dondurulmuş Rusiya aktivlərinin milli qanunlarımıza uyğun istifadəsini dəstəkləmək üçün digər mümkün variantları araşdıracağıq”.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi mart ayında bildirmişdi ki, Rusiyanın xaricdə dondurulmuş ehtiyatlarının ümumi məbləği 300 milyard dollar təşkil edir.Ukraynaya kömək məqsədilə Rusiya aktivlərinin çıxarılması təklifi Avropa diplomatiyasının rəhbəri Xosep Borrel tərəfindən irəli sürülüb. Avropa Komissiyası (AK) Rusiyanın aktivlərinin müsadirəsinə onların həbs edildiyi ölkənin qanunlarına uyğun olaraq qərar veriləcəyini bildirib. Avropa Parlamenti iyunda Rusiya aktivlərinin müsadirə edilməsi mexanizminin işlənib hazırlanmasını təklif edib. Ukrayna prezidenti Vladimir Zelenski də ölkəsinin xeyrinə Rusiya aktivlərinin ələ keçirilməsinə dair beynəlxalq müqavilə imzalamağı təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki