image-ilham-eliyevbackend

SON DƏQİQƏ: İlham Əliyev Özbəkistana gedir-21-22 iyunda

image-reklam_sirab_01

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 21-22-də Özbəkistana rəsmi səfərə gedəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin rəsmi saytı məlumat yayıb.

Səfərin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

“İki lider qarşılıqlı ticarətin artırılmasına, biznes-regional əməkdaşlığın gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sektorlarında birgə investisiya proqramlarının təşviqinə, nəqliyyat və tranzit sahəsində imkanlardan səmərəli istifadəyə, davamlı mədəni və humanitar əməkdaşlığa xüsusi diqqət yetirəcəklər. “- deyə yayılan xəbərdə o da vurğulanır ki,bundan əlavə, dövlət başçıları beynəlxalq-regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı yardımın inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Yüksək səviyyəli danışıqların nəticəsi olaraq sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm, innovasiya, turizm və digər sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

Səfər ərəfəsində Daşkənddə Özbəkistan və Azərbaycanın aparıcı şirkət və müəssisələrinin iştirakı ilə işgüzar tədbirlər keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki