Naxçıvanın İranla həmsərhəd əraziləri yaxınlığında İran ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) kəşfiyyat uçuşları həyata keçirdiyi bildirilir.
Bu barədə Vətəninfo.az-a sərhəd kəndlərində yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, səhər saatlarında İrana məxsus bir neçə pilotsuz uçuş aparatı sərhəd xətti boyunca havada müşahidə olunub.
Sakinlərin bildirdiyinə görə, üç ədəd PUA bir neçə saat ərzində bölgə üzərində uçuş edərək müşahidə aparıb. Qeyd olunur ki, dronlar dövlət sərhədini pozmayıb və uçuşlar İran tərəfinin hava məkanında həyata keçirilib.
Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Bölgədə yaşayan sakinlər isə pilotsuz aparatların sərhəd xətti boyunca hərəkət etdiyini və müəyyən müddət ərazidə kəşfiyyat xarakterli uçuşlar apardığını bildirirlər.


























