İsrailin hərbi-siyasi kabinetinin İrana qarşı “Dəmir zərbə” kod adlı yeni hərbi əməliyyat planını təsdiqlədiyi bildirilir. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail mediası hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatın məqsədləri, icra forması və vaxtı ilə bağlı detallar məxfi saxlanılır. Rəsmi Təl-Əviv bu məlumatları nə təsdiqləyib, nə də təkzib edib və mövzu ilə bağlı ictimai açıqlama verməkdən çəkinib.
Mənbələr yaxın dövrdə hərbi əməliyyatların başlaya biləcəyini istisna etmirlər. Hadisələrin inkişafı regionda gərginliyin daha da artacağı ehtimallarını gündəmə gətirir.


























