image-ad04d4b6-6fc9-381b-9ed4-048c12058bea_850backend

SON DƏQİQƏ: Laçın boşaldılır

image-reklam_sirab_01

“Laçın dəhlizindən Rusiya sülhməramlılarının alternativ yola köçürülməsi Laçında mövcud olan erməni silahlı qüvvələrin də çıxarılması ilə nəticələnəcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

O, Laçın dəhlizinə alternativ olaraq çəkilən yolla yanaşı, rayon mərkəzinin gələn ay Azərbaycana təhsil verilməsi ilə Ermənistan mediasında dolaşan informasiyalara münasibət bildirib.

Hərbi ekspert bildirib ki, Ermənistanın Qarabağla əlaqəsi alternativ yolla olacağından Rusiyanın dəhlizə nəzarət infrastrukturu yeni yola köçürüləcək:

“Başqa sözlə, Zabux dərəsindən başlayaraq, Şuşa şəhərinə qədər olan ərazi tamamilə rus sülhməramlılarından və erməni silahlılarından təmizlənəcək. Bu, ilk növbədə, Azərbaycana imkan verəcək ki, Laçın şəhərində də həm hərbi, həm də mülki infrastrukturu bərpa etməyə start versin.

İkinci vacib məsələ: erməni silahlılarının və təxminən 50-yə yaxın erməni ailəsinin Zabux ərazisində yaşadığı məlumdur. Həmin ailələr arasında artıq köçürülmə təlaşı başlayıb.

İndi çəkilən alternativ yol kifayət qədər çətin bir coğrafiyadan keçir. İşlərin 1 ayda yekunlaşacağını ehtimal edə bilmərəm. Lakin Xankəndidə olan qondarma qurumun məmurlarının dəfələrlə Laçın ərazisində olan erməni silahlıları və onların ailələri ilə danışıqlar apardığını eşitmişik. Onlar həmin adamların oradan köçməsi üçün artıq təbliğat işi aparırlar”.

Ə. Verdiyev əmindir ki, Qarabağdakı separatçı qurum artıq anlayır ki, yolun sonuna gəlinib:

“Ehtimal olaraq deyə bilərəm ki, ən gec gələn il Novruz bayramında Laçın şəhərində Azərbaycan bayrağı dalğalanacaq. Bir ay tez, bir ay gec, bu olacaq. Kimsə istəmir ki, eyni ərazidə həm rus əsgəri, həm Azərbaycan əsgəri qarşı-qarşıya gəlsin. Yol hazır olmalıdır ki, rusları oradan çıxarıb Azərbaycan ordusunun şəxsi heyətini orada yerləşdirə bilək. Zaman məsələsi böyük məna daşımır. Əsas olan budur ki, orada insident yaşanmasın, xoşagəlməz hadisə baş verməsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki