image-1629199982_lavrov2backend

SON DƏQİQƏ: Lavrov Azərbaycana gəlir

image-reklam_sirab_01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Veteninfo.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

O bildirib ki, Lavrovun Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və prezident İlham Əli ilə görüşü gözlənilir.

“İkitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün məsələlər kompleksinin fevralın 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin müddəalarına uyğun olaraq nəzərdən keçirilməsi gözlənilir”, – Zaxarova bildirib.

O qeyd edib ki, nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin icrasına xüsusi diqqət yetirməklə aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki