image-photo-2021-12-25-09-50-30backend

Sosial inkişaf

image-reklam_sirab_01

Xalqının rifahı və əhalinin rifahı üçün həyata keçirilən strategiya ölkənin ümumi inkişafını əks etdirir. Bu mənada ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müdrik və uzaqgörən milli inkişaf strategiyası, eləcə də bu gün həyata keçirilən genişmiqyaslı köklü islahatlar bu gün Azərbaycanın qüdrətli iqtisadiyyata və orduya,eyni zamanda güclü sosial siyasətə malik bir ölkəyə də çevrilməsinə səbəb olub.

Bu uğurlu siyasətdə, xüsusən də ölkəmizdə sosial siyasətin gücləndirilməsində, əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş gənclərə diqqət və qayğının artırılması, bütövlükdə sosial müdafiə sisteminin gücləndirilməsi sosial ədalət prinsipləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl xidmətləri böyük humanizmlə həyata keçirilən nəcib, xeyirxah layihələrin və səylərin geniş spektrini əhatə edir.

 

Bildiyiniz kimi, 2019-cu il sosial transformasiya ili kimi müəyyən edilmişdir. Belə ki, Prezident İlham Əliyevin 2019-cu ildə qəbul etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının 130 manatdan 250 manata yaxın artırılmasını, minimum pensiyanın 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılmasını, sosial müavinətlərin və pensiyaların orta hesabla artırılmasını nəzərdə tutur. Dövlət sektoru işçilərinin maaşları, o cümlədən məcburi köçkünlər və tələbələr üçün təqaüdlər kəskin şəkildə artırılıb. Dövlət 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığını aradan qaldırmaqla bu vəziyyəti həll etmək üçün maliyyə yükünü öz üzərinə götürüb. Ümumilikdə, 2019-cu ildə tətbiq edilən iki sosial paket 4,2 milyon sakinin və nəhayət, hər bir ailənin rifahına xidmət edib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu inqilabi islahatlar paketinin hazırlanmasında əsas fiqur olub.

 

Dövlət uşaq müəssisələrini bitirmiş, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş gənclərə qayğı göstərmək, layiqli gələcəklərini təmin etmək Mehriban xanım Əliyevanın işinə daxildir. Mehriban xanım Əliyevanın təklifi nəticəsində Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihəsi kimi Abşeron rayonunda üç yaşayış binası yaradılaraq həmin gənclərin istifadəsinə verilib.

 

 

Ümumiyyətlə, Heydər Əliyev Fondunun fəaliyyətinə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud gənclərin sosial inteqrasiyasına yardım daxildir. Fond bu gənclərə əl işləri nümayiş etdirməkdə, onların yaradıcılıq cəhdlərini dəstəkləməkdə və geniş ictimaiyyətə tanıtmaqda köməklik göstərir. Fond 65 yaşdan yuxarı şəxslər üçün sosial xidmət müəssisəsi kimi sosial xidmət müəssisələrində xeyriyyə tədbirləri, dövlət himayəsində yaşayanların sevincinə səbəb olan tədbirlər təşkil edir.

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi bayramlarda və əlamətdar günlərdə aztəminatlı ailələrə, yəni ünvanlı sosial yardım alan aztəminatlı ailələrə Milad sovqatları verilir. Qurban bayramı münasibəti ilə Mehriban xanım Əliyevanın səyi ilə Bakıda və digər bölgələrdə 70 minə yaxın aztəminatlı ailə bayram münasibətilə təbrik edilib.

 

 

Azərbaycan Dillər Universiteti

 

Lalə Əliyeva.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki