image-85backend

Sosial şəbəkədə narkotik satırlar – VİDEO

image-reklam_sirab_01

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növəti əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Vüsal Yaqubov saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 170 qram heroin və 50 qram metamfetamin aşkar edilərək götürülüb. Bu şəxs izahatında onlayn yolla narkotiklərin sosial şəbəkələrdə satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Vüsal Yaqubovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilmədi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə yetkinlik yaşına çatmayan məktəblini bıçaqla hədələyərək onun mobil telefonunu quldurluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini İlkin Məmmədov tutulub və o, ifadəsində etdiyi hadisəni etiraf edib.

Qeyd edilən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

VIDEO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image