image-reklam-veteninfo
image-1backend

Starmer Ukrayna ilə bağlı Davosa səfər edə bilər – The Telegraph

image-reklam-veteninfo

Böyük Britaniyanın baş naziri Kir Starmer əvvəlcə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyi planlaşdırmayıb. Lakin Ukrayna ilə bağlı mühüm bir “məqam” yaranacağı təqdirdə o, bu qərarını dəyişə və danışıqlara qoşula bilər. Bu barədə The Telegraph qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Davos sammitindən Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş üçün istifadə etməyi planlaşdırır. Bildirilir ki, tərəflər Ukraynanın “rifahı”na dair saziş imzalaya bilərlər. Həmin sənədin müharibədən sonrakı bərpa prosesinə 800 milyard dollar həcmində investisiyanı əhatə edəcəyi gözlənilir.

The Telegraph yazır ki, diplomatik mənbələr G7 ölkələri arasında Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqların da mümkün olduğunu bildiriblər. Bu məsələ uzun müddətdir ki, Kir Starmer və Avropadakı müttəfiqləri üçün prioritet hesab olunur.

Daha əvvəl Financial Times qeyd etmişdi ki, bu müzakirələr ABŞ, İtaliya, Almaniya, Fransa, Kanada və Böyük Britaniya liderlərinin iştirakı ilə keçirilə bilər.

Nəşrin Uaytholldakı mənbələrinin bildirdiyinə görə, Starmerin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar hələ verilməyib. Lakin Ukrayna ilə bağlı mühüm inkişaf onu Davosa getməyə sövq edə bilər.

Avropalı müttəfiqlər və Ukrayna rəsmiləri ABŞ prezidenti Donald Trampın təhlükəsizlik zəmanətlərini dəstəkləyib-dəstəkləməyəcəyi məsələsindən narahatdırlar. Bu zəmanətlər Tramp administrasiyasının üzvləri tərəfindən artıq bir neçə həftədir müzakirə olunur.

Eyni zamanda Avropa diplomatları ümid edirlər ki, Davos forumu Ukrayna ilə bağlı “tarixi məqam” yaratmaq və müharibənin başa çatmasını sürətləndirmək üçün fürsət ola bilər.

Bununla yanaşı, Qərb ölkələri tərəfindən müzakirə olunan planların heç biri hələ Rusiyaya təqdim edilməyib. Moskva atəşkəs və Qərbin təhlükəsizlik zəmanətləri ideyasını tamamilə rədd edə bilər.

Qeyd edək ki, son illərdə Böyük Britaniyanın baş nazirləri adətən Davos sammitində iştirak etməyiblər. Bununla belə, bəzən forum digər mühüm məsələlərin müzakirəsi üçün platforma kimi istifadə olunub. Məsələn, 2018-ci ildə Tereza Mey Davosdan Brexit danışıqları çərçivəsində yararlanmışdı.

Financial Times daha əvvəl yazmışdı ki, Ukraynanın “Böyük Yeddilik” (G7) üzrə müttəfiqləri ABŞ prezidenti Donald Trampla görüşərək, atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə onun şəxsi dəstəyini almağa çalışacaqlar.

Bundan əlavə, Davosda Zelenski və Tramp arasında Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi inkişafını nəzərdə tutan, ümumi dəyəri 800 milyard dollar olan “rifah sazişi”nin imzalanmasının planlaşdırıldığı bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki