image-photo-2021-11-29-17-01-37backend

Strateji tərəfdaşlığın dayanaqlığını təmin edən amillər

image-reklam_sirab_01

Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında qarşılıqlı etimad, dostluq və anlaşma mövcuddur. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya liderləri arasındakı dostluq hər iki dövlət başçısının açıq və səmimi siyasət yürütməsinə əsaslanır. Bunun fonunda N.Paşinyanın cılız və riyakar addımları Moskvanı qıcıqlandırır. Əlbəttə ki düşmən ölkə Rusiyanın Azərbaycanla bu cür əməkdaşlıq əlaqələrini gözü götürmür.Çoxsaylı təmaslar, yeni planlar üzərində birlikdə iş Azərbaycanın Rusiya ilə mehriban qonşuluq siyasətini,çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrini özündə əks etdirən əməkdaşlığı daha da zənginləşdirib.Dünya arenasında ,o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində hər iki dövlət əməkdaşlıq edir və qarşılıqlı maraqları nəzərə alır,birlikdə diplomatik əlaqələrini daha da genişləndirir. Sözsüz ki, hər iki dövlətin strateji tərəfdaşlıq münasibətlərində vacib məqanmlardan biri davamlı sülh və təhlükəsizliyin yaradılmasında vahid mövqedən çıxış etmək zərurətdir.Ölkələr arasında tərəfdaşlıq bütün istiqamətlərdə üzrə yüksəlməkdədir və bu yöndə çoxsaylı işlər görülür.Bu işlər əməkdaşlığın bütün sahələrini ,o cümlədən siyasi ,iqtisadi-ticarət, sosial,mədəniyyət, humanitar, təhsil istiqamətlərini, eləcə də irimiqyaslı hərbi-texniki əməkdaşlığı əhatə edir.Ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin ,o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər münasibətin dərinləşməsinə gətirib çıxarır.Əldə olunmuş nailiyyətlər ona deməyə əsas verir ki , iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır.Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənsinə, sülhün təmin olunması üçün bir sıra töhfə verəcəkdir.Humanitar əməkdaşlıq çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinkn himayəsi altında keçirilən və müasir cəmiyyətin inkişafının aktual problemlərinin beynəlxalq müstəvidə müzakirə olunduğu meydançaya çevrilmiş Bakı Beynəlxalq Humanitar Formunu qeyd etmək zəruridir. Həmçinin turizm sahəsində tərəfdaşlıq da son illər ərzində inkişaf etmişdir.Belə ki, Rusiyadan ölkəmizə turizm məqsədilə səfər edən insanların sayı artıq bir milyona çatmışdır.

Keçirilən işgüzar görüşlər, dünya ictimaiyyətinə dövlətlərin birgə inkişaf planını sübut etmişdir.

Bakı Dövlət Universiteti, fizika fakultəsi – Məmmədova Xədicə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki