image-72backend

Sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir

image-reklam_sirab_01

“Biz bu gün daha çox postmünaqişə dövründən danışsaq da əvvəlki cinayətlərə də düzgün qiymət verilməsi məsələsini diqqətdə saxlamalıyıq. Belə məsələlərdən biri də tarixi abidələrimizin dağıdılmasıdır”.

 

Veteninfo.az-ın məlumatına görə, bunu “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” mövzusunda konfransda xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib:

 

“Bizim hazırda hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanmasıdır. Ötən ildən etibarən bu istiqamətdə işlər başlanıb”.

 

O bildirib ki, bu gün Azərbaycan azad olunmuş ərazilərdə məscidlərin açılması, abidələrin bərpası ilə sülh mesajı veirir:

 

“Bildiyiniz kimi, Ağdamda Cümə məscidinin bərpası prosesi gedir. Postmünaqişə dövründə mədəni abidələrin bərpası və sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image