Sumqayıt şəhəri ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 54 yaşlı Ə.Abdullayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla həmin şəxsin zərərçəkənin etibarından sui-istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və onun 20000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.
Bundan başqa Xətai rayonu ərazisində bir nəfərin bank kartından 7300 manatını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Abbasovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.