image-1477376324_cambackend

Sumqayıtda xəstəlik mənbəyi olan oturacaqlar illərdir niyə yığışdırlmır?

image-reklam_sirab_01

Bir müddət əvvəl dövlət kanalı olan AzTV Sumqayıtın məhəllələrində oturacaqların bərbad vəziyyətdə, köhnə, sınıq-salxaq olmasından, bunun Gənclik şəhərinə yaraşmamasından və sakinlərin narazılığı haqda videoreportaj hazırlayaraq yayımlamışdır.

Amma Sumqayıtda oturacaqlarla bağlı problem təkcə məhəllələrdə mövcud deyildir.
Sumqayıtda bu sarıdan digər ictimai yerlərdə, parklarda, bulvarda da xoçagəlməz hal yaşanır.
Belə ki, uzun illərdir ki, Heydər Parkında, Sumqayıt Bulvarında materialı dəmirdən, metaldan olan 100-lə oturacaqlar var ki, onlar birmənalı olaraq insanların sağlamlığına zərər verməkdə davam edir.
Xəstəlik mənbəyi olan oturacaqlar haqda dəfələrlə yazılsa da mətbutda icra hakimiyyəti və müvafiq qurumlar sakinlərin sağlamlığına laqeyd qalaraq heç bir tədbir görməmiş, bu təhlükəli oturacaqları yığışdırmamışdır.
Üstəlik icra hakimiyyətinin rəsmisi bildirmişdir ki, bu skameykalar dəmirdən deyil.Halbuki oturacaqların dəmirdən və ya metal materialından olmasını müəyyən etmək üçün ekspert-filana ehtiyac yoxdur.Bunu adi gözlə ,həmin oturacaqların pasından, qırılmış hissəsindən , toxunmaqla səsindən belə ayırd etmək olar.
İllər əvvəl bu oturaqcalar haqda mətbuatda gedən yazıda deyilir ki, oturacaqlar cürəbəcür olur:taxtadan,daşdan plastikdən,metaldan və sairədən.Amma ən əsası odur ki, ictimai yerlərdə olanların oturacaq hissəsi adətən taxtadan olur,çünki adam oturanda adama soyuq olmasın. (Oturacağın karkası , qolları,yanları dəmirdən də ola bilər,daşdan da, bu problem deyil)
Hətta yaşlı nəslin nümayəndələri bəlkə də xatırlayar ki,sovet dövrü tez-tez eşitmək olurdu ki, yaşlı qadın və ya ağsaqqal kişi necə betonun və ya soyuq başqa səthin üstündə oturan uşaqlara cidi- ciddi məsləhət görürdü ki, “dur ordan, yoxsa xəstəlik taparsan, bütün ömrün boyu heyfslənərsən burda oturduğundan”.

Çünki 5 dəqiqə ərzində tapılan xəstəlik bütün ömrü boyu sağalmaya bilər.O zaman uşaqların çoxu dərk etmədiklərindən buna qulaq asmırdılar, amma əslində bu ciddi məsələdir.Sağlamlıqla bağlı məsələ ümumiyyətlə qeyri-ciddi ola bilməz. Əslində elə üzdən bilinir ki, bu “skameykalar” parklıq deyil, bağ yerinə daha çox uyğun gəlir.Təsadüfi deyil ki, bəzi sumqayıtlılar özləri ilə altlarına qoymağa döşəkçə də gətirirlər ki,oturanda soyuq olmasın.
Qeyd etmək lazımdır ki, metal oturacaqlarda istilikkeçiricilik qabiliyyəti böyük olduğundan soyuq havada bu cür oturacaqlarda oturanda bədənin istiliyi qalmır, ötürülərək keçib gedir deyə bədənin temperaturu soyuyur.Taxtada isə əksinə, istilikkeçiricilik əmsalı çox aşağı olduğundan istilik getmir , bədənin temperaturu sabit isti qalır , Fizikaya görə taxtada istilikkeçiricilik əmsalı 0,15 Vt/(m∙ )dir. Ən böyük istilikkeçirmə metallarda müşahidə edilir. Məsələn dəmirdə 80,4 ,bəzilərində isə 100-dən çox olur.
İnandırıcı deyil ki, məsul şəxslər bu cür oturacaqlardan xəbərsiz olsun.Bizdə məmur evinə,bağına üçün məsələn, mebel,skameyka alanda onu əlli-dəfə ölçüb- biçir,yaxşısını,baha olsa belə baxmadan keyfiyyətlisini, almağa çalışır.

Sakinlər üçün yararsız olan bu vür skameykaları sifariş verən məsul şəxslər tam fərqindədirlər ki, nə alırlar.Bu cür metal oturacaqlara ayrılan pula normal, ziyansız oturacaq ala bilərdilər.Əslində parkdakı digər – elə bunlara oxşar,həmin rəngdə olan taxta oturacaqlar da var ki,araşdırılsa heç onlar əsl taxta deyil, çox güman plastiklə,allah bilir nə ilə qarışıq materialdandır.
Düzdür, həm Sumqayıt bulvarında,həm də Heydər parkında başqa,taxtadan olan oturacaqlar da var.
Görəsən icra hakimiyyətində işləyən məmurlar özlərinə və yaxınlarına rəva görər bu dəmir oturacaqlarda özü də soyuq vaxtda oturmağa? Əgər özünə rəva bilməzlərsə bəs onda niyə sumqayıtlılara rəva bilirlər?!.
Düzdür bir tərəfən cüzi də olsa yerli məmurları başa düşmək olar ki, məsul şəxslər düşünür ki,belə skameykalar açıq havada,yağışa,küləyə,qara daha dözümlüdür, gec sıradan çıxacaq, bir növ ucuz başa gəlir. Möhkəmdir deyə onu kimsə qırmayacaq. Amma iş orasındadır ki, bizim camaat vandal-zad deyil, üstəlik parklara nəzarət olunur,polis, mühafizə var.Birdə ki, şəhərdə hələ indiyəcən sovet dövründən qalan taxta oturacaqlar var ki, indiyəcən qalıb ,yararlıdır.Elə dəmir oturacaqları da çox güman ucuz başa gəlsin deyə alıblar, Hətta araşdırılsa dövlət büdcəsindən bu cür oturacaqların ola bilsin bazar qiymətindən çox baha baha qiymətə alınması,buna 100 min manatlarla pul xərclənməsi üzə çıxar.
Amma heç olmasa kimlərsə öz maddi marağını güdərək belə nəsə edirsə belə “heçnə olmaz” , heç olmasa sağlamlığa ziyan olmayan oturacaqlar alsınlar. Çünki insanın sağlamlığı puldan daha dəyərlidir. Pulu qaytarmaq olar, amma sağlamlığı yox.

 

Ümumiyyətlə soyuq səthin,həmçinin soyuq skamyanın və s. üzərində oturmaq olmaz, bu iltihabla nəticələnə bilər.
Həkimlərin fikirinə görə soyuq yerdə oturduqdan sonra qadınlarda yumurtalıqların iltihabı, sistit, kişilərdə isə prostatitin inkişafının riski yüksəlir. Yumurtalıqların iltihabı isə sonsuzluğun inkişafına yol aça bilər.
Bundan əlavə soyuq səthlərdə müəyyən müddət ərzində oturduqdan sonra insanda radikulit , revmatizm inkişaf edə bilər və ya bu xəstəliklər artıq varsa – kəskinləşə bilər.
Soyuq səthdə oturmaq babasilin(qemorroy), inkişafına da səbəb ola bilər. Babasili olan insan özünü daim soyuqlamadan qorumalıdır.
Kəskin yerli soyuqlama çanaqda qan dövranının pozulmasına səbəb olur. Bu isə öz növbəsində müxtəlif iltihablara yol açır.Soyuq skameykalar adıçəkilən xəstəliklərdən başqa digər müxtəlif və çoxsaylı fəsadlara səbəb ola bilər
Bundan başqa nəzərə alsaq ki, parklarda oturanlar əsasən yaşlı insanlardır və onlar onsuz da müxtəlif xəstəliklərdən əziyyət çəkirlər, təsəvvür edin onlar üçün belə oturacaqlar nə qədər təhlükəlidir.
Dünyada da oturacaqların tam metaldan olması praktikası demək olar ki, yoxdur..

Vətəninfo.az sosial şöbə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image