image-28backend

Sumqayıtda yaşayış binasında yanğın oldu

image-reklam_sirab_01

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verir. Qeyd olunur ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 kvadrat metr olan mənzilin yanar konstruksiyaları 16 kvadrat metr sahədə yanıb. Yüksək temperaturdan lambrindən ibarət tavan 7 kvadrat metr sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki