image-06-3backend

Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb

image-reklam_sirab_01

Böyüməkdə olan gənc nəslə Vətən müharibəsindəki Şanlı Qələbənin təbliği, doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması,   onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədi daşıyan Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinin Suraxanı rayon turuna yekun vurulub.

Rayondakı abad məhəllələrdə keçirilən yarışda “Fatehler”, “Qələbə”, “Laçın”, “Dəmir yumruq”, “Ağdam”, “Şuşa”, “Zəfər” və “Fizuli” adı daşıyan 8 komanda iştirak edib. Ilkin görüşlərdən sonra final mərhələsinə 4 komada vəsiqə qazanıb. Finalda “Dəmir Yumruq” komandası “Zəfər” komandasına qalib gələrək 1-ci yerə layiq görülüb. 3-cü yerə “Laçın” komandası layiq görülüb. Beləliklə, yarışların Bakı şəhər turunda Suraxanı rayonunu “Dəmir yumruq” komandası təmsil edəcəkdir.

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki