Ötən gün İstanbulda restoranların birində silahlı hücuma məruz qalan tanınmış aparıcı, aktrisa Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun son görüntüləri ortaya çıxıb.
Veteninfo.az xəbər verir ki, qatillər əvvəlcə Mahmutyazıcıoğlu ilə mübahisə edib. Masa arxasında əyləşən qatillər ona aşağıdan iki dəfə silahla atəş açıb. Daha sonra Mahmutyazıcıoğlunu sürüyərək çölə çıxarmağa çalışsalar da, buna nail ola bilməyən canilər onun ayaqlarına və bədəninə atəş açaraq öldürüblər.
Ümumillikdə 7 güllə yarası alan vəkil xəstəxanada dünyasını dəyişib.
6 cani şəxs restoranı tərk edib. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, artıq qatillərdən ikisi saxlanılıb. Digər 4 nəfərin axtarışı davam edir.