İranın Təbriz şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, şəhərin Vəliəsr bölgəsində yerləşən dövlət məktəbləri dünən bağlanıb. Vətəninfo.az xəbər verir ki, şəhərdə hərbi və təhlükəsizlik qüvvələrinin, xüsusilə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti artırdığı bildirilir.
Yerlı mənbələrin məlumatına əsasən, Təbrizdə bəzi yaşayış və dövlət binalarının damlarında silahlı şəxslər yerləşdirilib. Şəhər ərazisində tanklar, zirehli texnika və nəzarət-buraxılış məntəqələri qurulub, bu da hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırıb.
Vətəndaşlardan daxil olan məlumatlarda zorakılıq və təhqir hallarının qeydə alındığı bildirilir. İddialara görə, bu hallar arasında 15 yaşlı bir yeniyetmənin döyülməsi faktı da var.
Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı hələlik geniş açıqlama verilməyib.


























