image-reklam-veteninfo
image-1backend

Tehran  Hizbullahı döyüşə çağırır – “Ynet” xəbər agentliyi 

image-reklam-veteninfo

İran İsraillə mümkün müharibə başlayacağı təqdirdə Livan Hizbullahının da prosesə qoşulmasını istəyib.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı, İsrailin “Ynet” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, rəsmi Tehran hazırkı mərhələdə birbaşa müharibənin başlanmasında maraqlı olmasa da, mümkün qarşıdurma vəziyyətində bölgədəki proksi qüvvələrini aktiv saxlamağa çalışır.

Hesabatda bildirilir ki, İran əvvəlki 12 günlük qarşıdurmadan fərqli olaraq, bu dəfə müharibə baş verərsə, Hizbullahın kənarda qalmaması üçün ciddi təzyiq göstərir. Məqsəd, mümkün toqquşma zamanı İsrailə qarşı daha geniş cəbhə formalaşdırmaqdır.

“Ynet”in açıqlamasına görə, İsrail tərəfi prosesləri yaxından izləyir və Hizbullahın müdaxilə edəcəyi təqdirdə təşkilata “çox ağrılı zərbə” endiriləcəyi ilə bağlı açıq xəbərdarlıq mesajları çatdırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki