image-reklam-veteninfo
image-1backend

Tehran Universitetinin rektoru: “Etirazçılar terrorçu deyil”

image-reklam-veteninfo

Dünən  Tehran Universitetinin rektoru Məhəmməd Hüseyn Ümid ISNA xəbər agentliyinə müsahibəsində etiraz aksiyalarında iştirak edən vətəndaşlarla bağlı diqqətçəkən açıqlama verib.

Vətəninfo.az xəbər verir ki, o,  bildirib ki, aksiyalara qoşulan insanların böyük hissəsini terrorçu kimi təqdim etmək doğru deyil.

Rektorun sözlərinə görə, həmin şəxslər əsasən öz sosial-iqtisadi problemlərinə etiraz edən vətəndaşlar olub.

“Etirazlarda iştirak edənlərin əksəriyyəti terrorçu deyil, etirazçılar idi”, – deyə o vurğulayıb.
Ümid əlavə edib ki, hazırda akademik ictimaiyyət ölkədə baş verən proseslər fonunda yas içindədir.
Onun fikrincə, yaranmış vəziyyətə görə kimsə xalqa cavab verməli və üzr istəməlidir.
Rektor iqtisadi çətinliklərin həm xarici təsirlərdən, həm də daxili idarəetmədəki problemlərdən qaynaqlandığını bildirib.
O qeyd edib ki, ölkədə insanların maddi vəziyyətinin yaxşı olmaması yanlış və uğursuz siyasətin nəticəsidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki