image-reklam-veteninfo
image-1backend

Terroçular  su elektrik stansiyasını partlatdı

image-reklam-veteninfo

Kolumbiyanın Valle-del-Kauka departamentinin Palmira bələdiyyəsində yerləşən Amaime kiçik su elektrik stansiyası partlayıcı qurğu ilə hücuma məruz qalıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə enerji şirkəti “Celsia”nın noyabrın 10-da yaydığı məlumatda bildirilib.

Şirkətin açıqlamasına görə, iki silahlı şəxs elektrik stansiyasının ərazisində partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində infrastruktura ciddi maddi ziyan dəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Qeyd edək ki, Amaime su elektrik stansiyasının gücü 19,9 meqavatdır.

“Celsia” şirkəti aidiyyəti dövlət qurumları ilə birlikdə dəymiş ziyanın miqyasını qiymətləndirir və stansiyanın fəaliyyətinin bərpası istiqamətində hazırlıq işləri aparır.

Hadisə yerinə cəlb olunan Kolumbiya ordusunun bölmələri əraziyə nəzarəti ələ alıb. Yanğınsöndürənlər isə partlayışın nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Şirkət hücumu pisləyərək bildirib ki, bu cür hadisələr təkcə əməkdaşların deyil, həm də ölkə sakinlərinin təhlükəsizliyinə ciddi təhdid yaradır və həyati əhəmiyyətli enerji infrastrukturunun fəaliyyətini təhlükə altına qoyur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki