“The New York Times” qəzeti xəbər verir ki, ABŞ prezidenti Tramp İsrailin ona İrana hücum etmək üçün təzyiq göstərdiyinə dair iddiaları təkzib edib. Tramp həmçinin İranın qonşularına və İsrailə hücum etməyə hazırlaşdığını və bu hərəkətin qarşısını almaq üçün müharibəyə getmək qərarına gəldiyini iddia edib. ABŞ kəşfiyyat rəsmiləri Trampın İranın ABŞ üçün təhlükə yaratdığı ehtimalını şişirddiyini bildiriblər.
ABŞ prezidenti həmçinin İrana qarşı müharibənin nə qədər davam edə biləcəyini də dəqiqləşdirməyib: “Hazırda hərbi əməliyyatların tam miqyasının və müddətinin nə qədər olacağını demək mümkün deyil”.
İranın əsas humanitar təşkilatı olan İran Qızıl Aypara Cəmiyyəti dünən ABŞ-İsrail hücumlarının şənbə günü başlamasından bəri ölənlərin sayının 787-yə çatdığını bildirib. Pentaqon münaqişədə altı Amerika əsgərinin öldüyünü, Livanın səhiyyə nazirliyi isə döyüşlərdə ən azı 31 nəfərin öldüyünü bildirib. Hakimiyyət orqanları İsraildə ən azı 10 nəfərin, Körfəzdə isə şənbə günündən bəri altı ölüm hadisəsinin qeydə alındığını bildirib.


























