ABŞ Prezidenti Donald Tramp ABŞ-ın yenidən dünyanın ən güclü ölkəsi olduğunu bildirib.
“Əla iş yerlərinin yaradılması rəqəmləri gözləntiləri xeyli üstələyir. ABŞ borclarına (istiqrazlarına) görə daha az pul ödəməlidir.”
“Biz yenidən dünyanın ən güclü ölkəsiyik və buna görə də ən aşağı faiz dərəcəsini ödəməliyik. Bu, bizə faiz ödənişlərində ildə ən azı bir trilyon dollar qənaət etməyə, balanslaşdırılmış büdcəyə sahib olmağa və daha çox şeyə imkan verəcək”, – deyə o qeyd edib.


























