image-reklam-veteninfo
image-1backend

Tramp aprelin ilk həftəsində Çinə səfər edəcək – Politico

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp aprelin ilk həftəsində Çinə səfər edəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Politico dərgisi məlumat yayıb.

Nəşrin mənbələrinə istinadən bildirilir ki, Tramp və Çin prezidenti Si Cinpin Pekində ikitərəfli sammit keçirəcəklər. Bu görüş Trampın yeni prezidentlik müddəti ərzində ABŞ və Çin liderləri arasında ilk şəxsən keçiriləcək sammit olacaq.

Sammit zamanı ticarət, təhlükəsizlik və strateji sabitlik də daxil olmaqla əsas ikitərəfli məsələlər müzakirə olunacaq. Zirvə görüşü Vaşinqton və Pekin arasında davam edən regional və iqtisadi gərginlik fonunda baş tutur.

Xatırladaq ki, Tramp 4 fevralda Çinə planlaşdırılan səfərinin təfərrüatlarını Çin prezidenti Si Cinpinlə müzakirə etdiyini açıqlamışdı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki