ABŞ prezidenti Donald Tramp Truth Social-da Kanada, Qrenlandiya və Venesuelanın ABŞ-ın bir hissəsi kimi təsvir olunduğu bir foto paylaşıb.
Vətəninfo.az xəbər verir ki, süni intellekt tərəfindən yaradılan fotoda Ağ Ev rəhbərinin Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də daxil olmaqla Avropa liderləri ilə görüşü təsvir olunub.
Arxa planda, Kanada, Venesuela və Danimarkanın Qrenlandiya adasının Amerika bayrağının rənglərində ABŞ ərazisi kimi qeyd olunduğu xəritə görünür.
Amerika lideri fotonu əlavə şərhlər vermədən yayımlayıb.
Xatırladaq ki, Tramp dəfələrlə Qrenlandiyanı almaq və ya işğal etmək niyyətini açıqlayıb və əslində, demək olar ki, bütün AB üzv dövlətlərinin liderləri və Avropa liderləri buna qarşı çıxırlar.



























