image-reklam-veteninfo
image-image_750x_6979279a5b4aebackend

Tramp:”Daha bir müharibəyə son qoyacağam”

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp ikinci müddətinin başlanğıcından bəri doqquzuncu münaqişənin yaxın gələcəkdə həll olunacağını gözləyir. Vətəninfo.az xəbər verir ki, Tramp bu açıqlamanı WABC radiosuna verdiyi müsahibədə verib.

Amerika liderinin sözlərinə görə, seçki kampaniyası zamanı o, mövcud münaqişələrin miqyasını anlamayıb. “İkinci müddətə namizədliyini irəli sürdüyüm zaman səkkiz müharibənin olduğunu bilmirdim. Bu, səkkiz müharibənin həlli oldu və doqquzuncusu artıq yoldadır”, – deyə Tramp hansı münaqişədən danışdığını dəqiqləşdirmədən bildirib.

ABŞ prezidenti münaqişələrin dinc yolla həllinin onun üçün “ikinci təbiətə” çevrildiyini vurğuladı. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə söhbətindən də bəhs etdi və bu söhbət zamanı Rusiya liderindən Ukraynadakı böhranın həllinə kömək etmək üçün ona fürsət verməsini xahiş etdi.

Tramp əlavə edib ki, “Mən indi bununla maraqlanıram və bunun baş verməsi üçün səylər göstərilir”.

Xatırladaq ki, Ağ Ev rəhbəri səkkiz münaqişənin qarşısını almaq səylərində mütəmadi olaraq Ermənistan və Azərbaycandan bəhs edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki