image-reklam-veteninfo
image-1backend

Tramp: İrana zərbələrin bərpası ilə bağlı qərar tezliklə veriləcək

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi zərbələrin bərpa edilməsi və ya Tehranla razılaşma əldə olunması barədə qərarın yaxın vaxtlarda veriləcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Vaşinqton bu məsələ ilə bağlı seçim etməlidir və vaxt daralır.

“Bəlkə də onları darmadağın edəcəyik, ya da razılığa gələcəyik. Bu qərarı verməliyik. Vaxt başa çatır. Hər şey bu və ya digər şəkildə çox tezliklə bitəcək”, – ABŞ prezidenti qeyd edib.

Tramp həmçinin Hörmüz boğazındakı vəziyyətin dəyişə biləcəyini vurğulayıb.

“İndi Hörmüz boğazından külli miqdarda neft keçir. Biz ona nəzarət edirik. Amma düşünürəm ki, bu, dəyişə bilər”, – Ağ Ev rəhbəri bildirib.

O, son iki gündə Hörmüz boğazından əvvəlkindən daha çox neft keçdiyini də əlavə edib.

Bu arada, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, iyulun ortalarında İranın dəniz blokadasının yenidən tətbiq edilməsindən sonra İranla əlaqəli 125 ticarət gəmisi istiqamətini dəyişib.

İran və ABŞ arasında hərbi qarşıdurmanın davam etdiyi bir vaxtda tərəflər arasında mümkün razılaşma ilə bağlı diplomatik təmasların da aparıldığı bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki