image-reklam-veteninfo
image-1backend

Tramp: “İranla danışıqlar aparmırıq, tezliklə nəsə baş verəcək”

image-reklam-veteninfo

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqlar aparmadığını bildirib və yaxın vaxtlarda hadisələrin inkişafında dəyişiklik olacağını bəyan edib.

Vətəninfo.az xəbər verir ki, Cənubi Karolinadakı mitinqdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Tramp deyib: “Xeyr, düşünürəm ki, biz danışıqlar aparmırıq. Tezliklə nəsə baş verəcək”. O, əlavə edib ki, bir çox insan hadisələrin seçkilərdən sonra baş verəcəyini düşünür və bundan sonra vəziyyətin necə inkişaf edəcəyini görəcəklər.

Tramp daha əvvəl mitinqdəki çıxışı zamanı ABŞ-nin İranla müharibəni elə indi bitirə biləcəyini, lakin əldə olunacaq nəticənin uzunmüddətli olmasını istədiyini söyləyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki