image-reklam-veteninfo
image-default-4backend

Tramp: Lazım gələrsə, ABŞ Hərbi Dəniz Qüvvələri tankerləri Hörmüz boğazından keçirməyə başlayacaq

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb ki, o, Amerika Birləşmiş Ştatları İnkişaf Maliyyə Korporasiyasına (DFC) Fars körfəzindən keçən bütün dəniz əməliyyatları, xüsusən də enerji üçün çox münasib qiymətə siyasi risk sığortası və maliyyə təhlükəsizliyi zəmanətləri təmin etməyi tapşırıb.

Tramp qeyd edib ki, “Bu, bütün gəmiçilik zolaqları üçün əlçatan olacaq. Lazım gələrsə, ABŞ Hərbi Dəniz Qüvvələri ən qısa müddətdə Hörmüz boğazından tankerləri müşayiət etməyə başlayacaq. Nə olursa olsun, ABŞ dünyada enerjinin SƏRBƏST axınını təmin edəcək. ABŞ YER ÜZÜNDƏ ƏN BÖYÜK İQTİSADİ və HƏRBİ GÜCƏYƏ malikdir . Qarşıda çox iş var “.

ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının başlamasından sonra İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazının bağlandığını elan edərək, onu keçməyə çalışan gəmiləri yandırmaqla hədələyib.

Reuters agentliyinin xatırlatdığı kimi , boğaz dünyanın ən vacib neft ixrac yoludur və Fars körfəzindəki ən böyük neft istehsalçılarını, yəni Səudiyyə Ərəbistanı, İran, İraq və Birləşmiş Ərəb Əmirliklərini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirir .




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki