ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və İsrailin təhlükəsizliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Tramp “Time” jurnalına müsahibəsində bildirib ki, o, ABŞ prezidenti olmasaydı, Səudiyyə Ərəbistanı və İsrailin hazırda mövcudluğu sual altında olardı.
“Mən Səudiyyə Ərəbistanı üçün çox iş görmüşəm. Mən Səudiyyə Ərəbistanının müdafiəsində dayanmışam. Əgər mən prezident olmasaydım, Səudiyyə Ərəbistanı indi mövcud olmazdı. İsrail də mövcud olmazdı, onlar yer üzündən silinərdi”, – Tramp deyib.
ABŞ prezidenti Səudiyyə Ərəbistanının rəhbərliyi ilə münasibətlərinin yüksək səviyyədə olduğunu da vurğulayıb.
“Unutmayın, əgər mən burada olmasaydım, Səudiyyə Ərəbistanı olmazdı. İsrail də olmazdı”, – Tramp əlavə edib.
Tramp bununla ABŞ-ın Səudiyyə Ərəbistanı və İsraillə bağlı siyasətində öz rolunu xüsusi vurğulayıb.


























