image-reklam-veteninfo
image-1backend

Tramp: “Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var”

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp, Qəzzada sülh planının ikinci mərhələsinin çox yaxın zamanda həyata keçiriləcəyini bildirib. Vətəninfo.az xəbər verir ki, Tramp, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb və Ərdoğanın bu prosesdə göstərdiyi əhəmiyyətli rolu qeyd edib.

Florida ştatında Benyamin Netanyahu ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp, Qəzzanın yenidən qurulmasının tezliklə başlanacağını qeyd edib. ABŞ Prezidenti, Türkiyənin Qəzzada çox yaxşı işlər gördüyünü bildirərək, “Prezident Ərdoğanla çox yaxşı münasibətlərim var. O, bu prosesə böyük töhfələr verib və düşünürəm ki, əla iş görüb,” deyə qeyd edib.

Tramp, həmçinin Suriya məsələsinə də toxunaraq, Prezident Ərdoğanın Suriyadakı münaqişədə “çox pis bir liderin uzaqlaşdırılmasında böyük kömək etdiyini” vurğulayıb. Tramp, Ərdoğanın bu addımı heç vaxt tərif tələb etmədiyini, lakin onun bu təşəbbüsə görə böyük təşəkkürə layiq olduğunu da əlavə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki